"Vulverhempton" və "Feyenoord" 26 yaşlı oyunçunu heyətinə qatmaq istəyir
"Bornmut"un futbolçusu Maks Aaronson üçün iki klubdan təklif var.
Sportline.az xəbər verir ki, "Vulverhempton" və "Feyenoord" 26 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, sözügedən sağ cinah müdafiəçisi hazırda "Qlazqo Reyncers"də icarə əsasında çıxış edir.