Vüqar Nadirov "İnter"ə keçə bilər

“Qəbələ”dən ayrılan milli komandamızın üzvü Vüqar Nadirov Bakı “İnter”ində çıxış edə bilər.

SportLine.az Qol.Az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “bankirlər”lə danışıq aparır.

Yaxın günlərdə onunla müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Nadirov “Qəbələ”yə keçsə də, bölgə klubunun heyətində heç bir rəsmi oyuna çıxmayıb.