Xames üçün 90 milyon avro
PSJ klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. SportLine.az AS nəşrinə istinadən xəbər verir ki, parislilərin hədəfində bu dəfə kolumbiyalı ulduz Xames Rodrigez var. Fransa klubu "Real"ın futbolçusunu heyətinə cəlb etmək üçün 90 milyon avrosundan keçməyə hazırdır. Artıq PSJ-nin "Kral klubu"na rəsmi təklif ünvanladığı da bildirilir.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2014-cü ildə "Monako"dan Madrid "Real"ına transfer olunub.