“Xankəndi” klubu türkiyəli baş məşqçi ilə yola davam edəcək

Azərbaycanın II Liqa təmsilçisi "Xankəndi" komandası baş məşqçi İbrahim Uzunca ilə müqavilə müddətini uzadıb. 

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən bildirilib.

Ötən mövsüm komandanı Region Liqasının çempionu edən 63 yaşlı mütəxəssislə 1 illik anlaşma imzalanıb.

Qeyd edək ki, İ.Uzunca karyerası ərzində Azərbaycanda "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ Quba", "Xan Lənkəran" və "Dinamo" klublarını çalışdırıb. Türkiyədə isə "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir", BÇ "Mimaroba" ("Küçükçekmece") və "Osmaniyespor"da baş məşqçi kimi fəaliyyət göstərib.