Xavi: "Barselona"da olduğum üçün peşman deyiləm, amma..."

Xavi "Barselona"nın baş məşqçisi kimi yaşadığı stressdən danışıb.

Sportline.az xəbər verir ki, xarici mətbuata müsahibəsində "Barselona"nın daha çox stressli olduğunu bildirib: “Ailə çox vacibdir, çünki mən başımı 200 dəfə çevirirəm və görürəm ki, həyat yoldaşım çox sakitdir və bu mənə inam verir. Qardaşlarım və valideynlərim də... "Barselona"da olduğum üçün peşman deyiləm, amma Qətərdə daha az stress var idi... Biz kurortda yaşayırdıq".