Xavi ingilis nəhəngini çalışdıra bilər
“Mançester Yunayted” rəhbərliyi komandanın sükanı arxasına Xavini gətirmək istdəyi bildirilir.
Sportline.az “MailSport” nəşrinə istinadən xəbər verir ki, Erik Ten Haq komandadan göndərildiyi zaman Xavi klubun yeni baş məşqçisi olacaq.
“Mançester Yunayted”in rəhbər şəxsləri Xavi ilə artıq təmasa keçib.
Xavi bu təklifə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Xavi baş məşqçi kimi daha əvvəl “Barselona” və “Əl Sədd” kimi komandaları çalışdırıb.