Xavi İngiltərə nəhəngini çalışdıra bilər

"Mançester Yunayted"in rəhbərliyi klubun sükanı arxasına ispaniyalı mütəxəsis Xavi Hernandezi gətirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Marca" qəzeti məlumat yayıb.

Xavi bu təklifə müsbət yanaşır.

"Mançester Yunayted" Ruben Amorimlə yollarını ayıracaq.

Qeyd edək ki, Xavi Hernandez “Barselona” klubundan ayrılandan sonra heç bir klubda çalışmayıb.