Xavi Simons qərarında qətidir

"Tottenhem"in futbolçusu Xavi Simons klubdan ayrılmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.

22 yaşlı oyunçu ötən ilin yayında "Tottenhem"ə "Leipziq"dən transfer olunmuşdu.

Qeyd edək ki, X.Simons cari mövsüm meydana çıxdığı 37 matçda 3 qol, 6 asistlə yadda qalıb.