Xavi "Tottenhem"də xoşbəxt deyil

"Tottenhem"in niderlandlı futbolçusu Xavi Simons klubda xoşbəxt olmadığı bildirilir.

Sportline.az insayder Nikola Şıkiranın məlumatına istinadən xəbər verir ki, sözügedən oyunçu yayda London klubundan ayrılmaq istəyir.

22 yaşlı hücumameyilli yarımmüdafiəçinin dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, X.Simons cari mövsüm meydana çıxdığı 36 matçda 3 qol, 6 asistlə yadda qalıb.