"Xəmsə" EKOL-la oyuna çıxmadı
Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında XXVII turun oyunları keçirilib.
SportLine.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Neftçi" İK və "Araz" komandaları üz-üzə gəlib. "Araz" bu görüşdə rəqibini 6:1 hesabı ilə məğlub edib.
"FK. İtaldizain Futsal” – "Yasamal” FK oyununda isə 11 qol qeydə alınıb. "FK. İtaldizain Futsal” rəqibini 9:2 hesabı ilə üstələyib.
"Xəmsə” komandası EKOL-la qarşılaşmaya təyin olunan vaxtda meydana çıxmayıb. Məsələ ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.