"Xilasedici"nin voleybolçusu: "İnanıram ki, çempion olacağıq"

"İnanıram ki, çempion olacağıq".

Sportline.az xəbər verir ki, bunu "Xilasedici”nin voleybolçusu Vadim Kutukov Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Hücumçu Azərbaycan Yüksək Liqasının XII turunda MOİK-lə keçirdikləri matçla bağlı təəssüratını bölüşüb və çempionluğa inandığını bildirib:

“İlk növbədə komandamızı təbrik etmək istəyirəm. Maraqlı və gərgin oyun oldu. MOİK-i də təbrik etmək istərdim, inkişaf var və bu sevindirici haldır. Pley-off mərhələsinə hazırlaşırıq. İnanıram ki, çempion olacağıq”.

Qeyd edək ki, MOİK - “Xilasedici” matçı ikincilərin 3:0 (25:10, 25:19, 25:11) hesablı qələbəsi ilə yekunlaşıb.