“Xırdalan”ın baş məşqçisi: “Bu, yaxşı hal deyil”

“Rəqib gözəl oyun sərgilədi”.

Sportline.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında "Xırdalan"ın baş məşqçisi Uğur Özdəmir NTD-INDIQO məğlub olduqları oyundan sonra deyib.

Türkiyəli mütəxəssisin sözlərinə görə, matça çox sadə səhvlərlə başlayıblar: “Öz ritmimizi bərpa etdik, oyuna ortaq olduq. Amma artıq çox gec idi. Bu da komandamızın gənc olmasından irəli gəlir. Bu gün ribaundlarda və müdafiədə səhvlərimiz oldu. Çox güclü iki oyun qurucusunun qarşıdurmasını izləyəcəkdik. Amma rəqibin oyun qurucusu daha güclü çıxış sərgilədi. Onlar xüsusilə yerli oyunçular üzərində üstünlüyü yaxaladılar. Bençdən bu dəfə də çox xal ala bilmədim. Bu, yaxşı hal deyil. Heyətə yeni 2 oyunçu qoşulacaq. Onlardan biri dəqiqləşib. Mərkəz oyunçusu mövqeyində çıxış edəcək. Amma bununla iş bitmir. 3+2 limitində oynadığımız üçün yerli oyunçu baxımından axsayırıq”.

Qeyd edək ki, “Xırdalan” 86:96 hesabı ilə uduzub.