Xoselu Avropa futboluna qayıda bilər

"Real Madrid" sabiq hücumçusu Xoselu Avropaya qayıda bilər.

Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu ilə bir neçə komanda maraqlanır.

Onun hazırda çıxış etdiyi Qətərin "Əl-Qarafa" klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır

O, cari mövsümdə "Əl-Qarafa"nın heyətində bütün yarışlarda 22 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə verib.