"Xoşbəxtəm" - Yurçeviç
Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç təyinatı ilə bağlı sosial şəbəkədə təəssüratlarını bölüşüb. SportLine.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "Facebook" hesabında "Azərbaycan milli komandasının baş məşqçisi olduğum üçün xoşbəxtəm" yazıb.
O, həmçinin AFFA prezidenti Rövnəq Abdullayev və Bakıda Azərbaycan bayrağı fonunda çəkilən şəklini paylaşıb.
Qeyd edək ki, N.Yurçeviç fevralın 11-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub.