Xuliyan Alvareslə 3 nəhəng klub maraqlanır
"Atletiko Madrid"in argentinalı forvardı Xuliyan Alvares Avropa nəhənglərinin maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, "Barselona", "Çelsi" və "Paris Sen-Jermen" 25 yaşlı futbolçunu heyətə cəlb etmək istəyir.
Bu haqda "The Chelsea Chronicle" nəşri məlumat yayıb.
Qeyd edək ki, Alvaresin transfer qiyməti 120 milyon avrodur.
O, cari mövsüm meydana çıxdığı 18 matçda 9 qol, 5 asistlə yadda qalıb.