XV turun oyunları canlı yayımda
Topaz Premyer Liqasının bu gün keçiriləcək "Zirə" - "Sabah" və "Keşlə" - "Səbail" oyunları canlı yayımlanacaq.
Sportline.az xəbər verir ki, hər iki görüş "CBC Sport" telekanalının efirində olacaq.
Qeyd edək ki, "Zirə" - "Sabah" matçı saat 16:30-da, "Keşlə" - "Səbail" görüşü isə 19:00-da başlanacaq.