Yamal: “Hər bir uşaq onlara bənzəməyi arzulayır"
Lamin Yamal "Barselona"da yeni mövsümdən 10 nömrə altında çıxış edəcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, Yamal bu nömrəni ona təqdim etdikləri üçün xoşbəxt olduğunu bildirib.
"Bu formanı geyinmək üçün yaxşı oynamaq kifayət deyil. Bəziləri tarix yazıblar. Digərləri sadəcə oyundan həzz alıblar. Amma 10 nömrəli futbolka... Həyatımda gördüyüm ən gözəl köynəkdir. Bütün gücümü ortaya qoyacağama söz verirəm"
"Vaxtilə Messinin çıxış etdiyi nömrə altında oynamaq əlavə təzyiq yaradırmı? Onun öz yolu olub, mən isə öz yolum ilə gedəcəyimə ümid edirəm. Messi, Maradona və Ronaldinyo "Barsa"nın 3 əfsanəsidir. Hər bir uşaq onlara bənzəməyi arzulayır".