Yamal üçün iki nəhəng klub transfer yarışındadır

"Barselona"nın ispaniyalı ulduz futbolçusu Lamin Yamal Avropa nəhənglərinin transfer hədəfindədir.

Sportline.az xəbər verir ki, "Paris Sen-Jermen" və "Mançester Siti" 18 yaşlı oyunçu heyətinə qatmaq niyyətindədir.

Bu haqda jurnalist Romain Molina öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Yamalın dəyəri "Transfermarkt" portalına görə, 200 milyon avrodur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 5 matçda 2 qol, 4 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Yamalın Kataloniya klubu ilə sözləşməsi 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub.