Yan Oblak 2023-cü ilədək "Atletiko"da

Madridin "Atletiko" komandası qolkiper Yan Oblakla yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, yeni müqaviləyə əsasən, 26 yaşlı futbolçu 2023-cü ilədək “Atletiko”nun qapısımı qoruyacaq. Yan Oblakın əvvəlki müqaviləsinin müddəyi 2021-ci ilədək idi.

Qeyd edək ki, 2014-cü ildən "Atletiko"da çıxış edən sloveniyalı cari mövsüm La Liqada medyanda olduğu 32 oyunun 18-də qapısını toxunulmaz saxlayıb.