Yannik Sinner Uimbldon turnirinə uğurla başlayıb

Londonun yaşıl kortlarında "Böyük dəbilqə" seriyalı "Uimbldon" turnirinin ilk dövrəsinin oyunları keçirilməkdədir.

Sportline.az xəbər verir ki, yarışın əsas favoritlərindn sayılan Yannik Sinner mübarizəyə uğurla başlayıb.

Start matçında həmyerlisi Luka Nardi ilə qarşılaşan italiyalı tennisçi favorit statusunu təsdiqləməkdə çətinlik çəkməyib.

Dünyanın 1 nömrəli raketka ustası reytinq siyahısında 95-ci olan rəqibini 3-0 hesabı ilə məğlub edib.

İlk setdə ciddi müqavimət göstərən Nardi sonrakı hissələrdə ardını gətirə bilməyib. 6-4, 6-3, 6-0.

Sinnerin növbəti rəqibi avstraliyalı Aleksandr Vukiç olacaq.