"Yaqelloniya" fanatları Bakıda

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Yaqelloniya" görüşünü 5 mindən artıq azarkeşin izləyəcəyi gözlənilir. 

SportLine.az xəbər verir ki, rəqib komanda da 8-ci km stadionunda tək olmayacaq. Təxminən, 25 azarkeş Polşadan sevimli komandasını dəstəkləmək üçün Bakıdadır.

Xatırladaq ki, "Qəbələ" - "Yaqelloniya" matçının start fiti 21:00-da səslənəcək.