"Yaqelloniya" - "Qəbələ" matçı canlı yayımlanacaq
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Yaqelloinya" - "Qəbələ" oyunu canlı yayımlanacaq. SportLine.az xəbər verir ki, futbolsevərlər matçı "İdman Azərbaycan" telekanalı vasitəsilə izləyə biləcəklər.
Qeyd edək ki, iyulun 20-ə planlaşdırılan görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.