"Yaqelloniya" - "Qəbələ" oyununun başlanma vaxtı açıqlandı

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Yaqelloniya" - "Qəbələ" görüşünün başlanma vaxtı bəlli olub. SportLine.az xəbər verir ki, "radarlar" cavab oyununa ayın 20-də çıxacaq. 

Belostok şəhərində keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə 22:30-da səslənəcək.

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş iyulun 13-də 8-ci km qəsəbə stadionunda oynanılacaq.