Yaşar Bəşirov: "Olimpiadada qızıl medal qazanmaq çətin olacaq"

"Üç idmançımız Olimpiadaya lisenziya qazandı. Bunlardan İrina Zaretskaya (68 kq) və Rafael Ağayev (75 kq) daha əvvəl reytinqlə Olimpiadaya lisenziya əldə etmişdi. Daha sonra Firdovsi Fərzəliyev (67 kq) Parisdəki lisenziya turnirində buna nail oldu"

Sportline.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 200-dən artıq ölkə arasında olimpiadada qızıl medala yiyələnmək çətin olacaq: "Amma Azərbaycan kimi kiçik ölkənin üç, Rusiyanın cəmi bir, Fransa və ABŞ-ın cəmi bir lisenziya qazanması da vurğulanmalıdır".

Bəşirov lisenziya əldə edə bilməyən Asiman Qurbanlıya da çox güvəndiklərini vurğulayıb: "Ona güvənirdik. Amma iş elə gətirdi ki, lisenziyanı Firdovsi götürdü. Doğrudan da idmanda nəyin necə olacağını bilmək olmur. Olimpiadaya düşmək orada medal qazanmaqdan asan deyil".