“Younq Boys” - “Panatinaykos”: Düşərgələrdəki son vəziyyət

UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, "Younq Boys" öz meydanında Panatinaykos"la üz-üzə gələcək.

İsveçrə klubunda itkilərin sayı kifayət qədərdir.

Alvin Sançes, Fasinet Konte, Qreqori Vütriç, Mats Seyler və Rodri Simit baş məşqçi Giorgi Kontinin sərəncamında olmayacaq.

"Panatinaykos"da yeganə itki Fakundo Pellistrinin adı ilə bağlıdır.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.