Yunus Akgün qərar verdi
"Qalatasaray"ın futbolçusu Yunus Akgün dizindəki zədə ilə ilə bağlı əməliyyatı təxirə salmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, ulduz futbolçu əməliyyat masasına mövsümün sonunda uzanacaq.
Ntvspor.net-in yaydığı məlumata görə, futbolçunun bu qərarını baş məşqçi Okan Buruk da dəstəkləyib.
Zədəyə görə bir müddət kənarda qalan Akgünün bu həftə "Alanyaspor"la oyunda meydana çıxacağı gözlənilir.