Yusuf Akçiçek Avropa nəhənglərinin hədəfindədir

"Fənərbağça"nın gənc müdafiəçisi Yusuf Akçiçek Avropa nəhənglərinin transfer radarına düşüb.

Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem", "Bavariya", "Atletiko Madrid", "Napoli" və "Leipziq" Yusufla yaxından maraqlanır.

19 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 5.5 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Yusuf Akçiçekin "Fənərbağça" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm çıxış etdiyi 16 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.