Yusuf Akçiçek Avropa nəhənglərinin həfədində

Türkiyə futbolunun ən istedadlı futbolçularından hesab olunan Yusuf Akçiçek, karyerasını qitənin aparıcı çempionatlarında davam etdirməyə əsas namizədlərdəndir.

Sportline.az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi ilə bir neçə klub yaxından maraqlanır.

Yusuf Akçiçeyin bu günkü derbidəki oyununun izləmək üçün həmin klub nümayəndələrinin İstanbula gəldiyi bildirilir.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" derbisi bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.