Yusuf Akçiçəkin xəyalı gerçəkləşdi
"Fənərbağça"nın gənc müdafiəçisi Yusuf Akçiçək mövsümün ən diqqət çəkən futbolçularındandır.
Sportline.az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi inamlı çıxışı ilə Türkiyə futbol camiəsinin alqışını qazanıb.
Joze Mourinyonun güvəndiyi futbolçu müsahibələrinin birində ən böyük arzusunun milli komandaya dəvət almaq olduğunu bildirmişdi.
Artıq onun xəyalı gerçəkləşib. Gənc futbolçu Macarıstan seçməsi ilə oyuna dəvət olunanlar sırasındadır.
Qeyd edək ki, Yusuf Akçiçək Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarının formasını geyinib.