"Yuventus" möcüzəyə imkan vermədi

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

"Yuventus" səfərdə məğlub etdiyi "Porto" ilə doğma meydanda üz-üzə gələcək. Portuqaliya təmsilçisinin növbəti mərhələyə adlamaq üçün üç cavabsız qola ehtiyacı var. Ancaq turinlilərin öz meydanında rəqibə boyun əyəcəyi inandırıcı deyil.

14 mart 2017
Çempionlar Liqası, 1/8 final (Cavab oyunu)

“Yuventus” (İtaliya) – “Porto” (Portuqaliya) - 1:0
QOL:
Dibala, 42/p. (1:0)
QIRMIZI VƏRƏQƏ: Pereyra, 40 ("Porto")

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
İlk oyun – 2:0