“Yuventus” brazilyalı futbolçu üçün 34 milyon avro tələb edir
“Yuventus” brazilyalı futbolçusu Duqlas Luizlə yollarını ayıracaq.
Sportline.az xəbər verir ki, bu barədə “Tuttusport” nəşri məlumat yayıb.
Turin klubu Duqlas Luiz üçün 34 milyon avro tələb edir.
Qeyd edək ki, 26 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi 2029-cu ilim iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm 22 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.