"Yuventus" "Mançester Yunayted"ə elçi düşdü
"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Yuventus" uruqvaylı futbolçunu transfer etmək niyyətindədir.
Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Turin klubunun idman direktoru Marko Ottolini 24 yaşlı yarımmüdafiəçini sabah keçiriləcək Uruqvay – Əlcəzair matçını stadiondan izləyərək yaxından dəyərləndirəcək.