"Yuventus" "Mançester Yunayted"ə elçi düşüb

"Yuventus" "Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylunddu transfer etmək istəyir.

Sportline.az "Tuttomercato.web" saytına istinadən xəbər verir ki, Turin klub Rasmus üçün 52 milyon avro ödəməyə hazırdır.

22 yaşlı hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, R.Höylund bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 8 qol və 4 asistlə yadda qalıb.