"Yuventus" "Mançester Yunayted"in təklifini rədd edib
"Mançester Yunayted" "Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz üçün rəsmi təklif göndərib.
Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, Turin klubu bu təklifi qəbul etməyib.
"Yuventus"un rəhbərliyi Duqlas Luizlə yola davam etmək qərarına gəlib.
Qeyd edək ki, 26 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avrodur.
O cari mövsüm 19 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.