"Yuventus" "Marsel"ə 25 milyon avro ödəməyə hazırdır
"Yuventus" "Marsel"in müdafiəçisi Leonardo Balerdini heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
Turin klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, L.Balerdi bu mövsüm meydana çıxdığı 15 matçda 1 asistlə yadda qalıb.