"Yuventus" "Marsel"in yarımmüdafiəçisinə gözünü dikib

"Yuventus" "Marsel"in yarımmüdafiəçisi Pierr-Emil Höyberqi heyətinə cəlb etmək istəyir.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır.

Danimarka millisinin üzvü bu mövsüm Fransa klubunun heyətində 20 rəsmi matçda iştirak edib və aktivində 2 qol, 1 məhsuldar ötürmə var.

Qeyd edək ki, Höyberqin "Marsel"lə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.