"Yuventus" məşhur hücumçunun transferinə hazırlaşır
"Yuventus" hücumçusu Moyze Kinin çıxışından narazıdır.
Sportline.az goal.com-a istinadən xəbər verir ki, Turin klubu onunla yolları ayırmağa hazırlaşır.
Baş məşqçi Massimiliano Aleqri Kinin əvəzinə "Bolonya"nın forvardı Marko Arnautoviçi ixtiyarında görmək istəyir.
Turinlilər hazırkı klubu ilə müqaviləsi 2025-ci ildə bitəcək avstriyalı forvard üçün 5 milyon avro ödəmək niyyətindədirlər.