"Yuventus" "Milan"ın sabiq futbolçusunu transfer edə bilər

"Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonali "Yuventus"un maraq dairəsinə düşüb.

Sportline.az jurnalist Daniele Lonqonun məlumatına istinadən xəbər verir ki, "Yuventus" Tonali üçün mövsümün sonunda "Nyukasl"a rəsmi təklif göndərəcək.

24 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Tonali cari mövsüm çıxış etdiyi 39 matçda 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Onun "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.