"Yuventus" finala bir qədər də yaxınlaşdı
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi davam edir.
SportLine.az xəbər verir ki, həlledici matça vəsiqə urğunda bu gün növbəti görüş keçiriləcək. Mövsümün sürpriz komandası - "Monako" "Yuventus"la üz-üzə gələcək.
"Barselona"nı mübarizədən kənarlaşdıran Turin klubu Fransada favorit hesab olunsa da, uğurlu mövsüm keçirən "knyazlar"ın asan təslim olmayacağı dəqiqdir.
03 may 2017
Çempionlar Liqası, yarımfinal
"Monako" - "Yuventus" - 0:2
QOLLAR: İquain, 29 (0:1); İquain, 59 (0:2)