“Yuventus” Osimhen üçün təklif göndərib

“Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimhen yanvarda klubdan ayrıla bilər.

Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, nigeryalı hücumçu ilə maraqlanan klublar arasında “Yuventus”da qeyd olunur.

“Yuventus” rəhbərliyi 25 yaşlı futbolçu üçün “Napoli”yə 75 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, V.Osimhen bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 5 matçda 3 qol və 3 asistlə yadda qalıb.