“Yuventus” qərarını verdi
"Yuventus" baş məşqçi Luçano Spalletti ilə müqavilənin müddətinin uzadılmasına yaxınlaşır.
Sportline.az xəbər verir ki, klubun baş icraçı direktoru Damien Komolli artıq gələn həftə italiyalı mütəxəssislə danışıqların son mərhələsini keçirəcək.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Spalettinin sözləşməsinin müddətinin 2028-ci ilin yayına qədər uzadılacağı gözlənilir.