"Yuventus" "Real"ın futbolçusuna göz qoydu
"Real Madrid"in brazilyalı forvardı Endrik "Yuventus"un diqqət mərkəzindədir.
Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, Turin klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.
19 yaşlı hücumçunun transfer qiyməti 40 milyon avrodur. Lakin "Real" Endriki birdəfəlik satmaq niyyətində deyil.