"Yuventus" Rudigerlə əlaqə saxladı

"Yuventus"un rəhbərliyi Antonio Rudigerlə təmas halındadır.

Sportline.az xəbər verir ki, Turin klubu 33 yaşlı stopperi heyətinə qatmaqda israrlıdır.

Bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Rudiger 2022-ci ildən "los blankos"da çıxış edir. Onun müqaviləsi bu yay başa çatacaq.