“Yuventus” ulduzuna yeni müqavilə təklif edib
İtaliyanın “Yuventus” klubu türkiyəli futbolçu Kənan Yıldızla bağlı gələcək planlarını müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, Turin təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə müqaviləni 2030-cu ilə qədər uzatmaq niyyətindədir.
Yeni razılaşmaya əsasən, Kənan Yıldızın maaşında da artım olacağı gözlənilir.
Türkiyə millisinin oyunçusu 2022-ci ilin iyul ayından “Yuventus”un heyətində çıxış edir.