"Yuventus" və "Milan" transfer yarışına girib
"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze karyerası yenidən İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, "Yuventus" və "Milan" 24 yaşlı oyunçunu transfer etmək istəyir.
C.Zirkzenin transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, sözü gedən futbolçunun "Mançester Yunayted"lə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.