“Yuventus” Vlahoviçlə bağlı qərar verib

"Yuventus" serbiyalı futbolçusu Duşan Vlahoviçi satmaq qərarına gəlib.

Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, Turin klubu Vlahoviçi 50 milyon avro qarşılığında satmağa hazırdır.

25 yaşlı futbolçunun "Yuventus"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Vlahoviç cari mövsüm çıxış etdiyi 37 matçda 14 qol 5 asistlə yadda qalıb.