"Yuventus"da ayrılıq gözlənilir
"Yuventus" brazilyalı futbolçusu Duqlas Luizlə bağlı qərar verib.
Sportline.az jurnalist Daniele Lonqonun məlumatına istinadən xəbər verir ki, Turin klubu Duqlas Luizlə yollarını ayıracaq.
26 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 38 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Duqlas Luiz bu mövsüm 22 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.