"Yuventus"da itki

“Yuventus”un futbolçusu Aaron Remzi zədələnib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin sağ bud əzələsində zədə aşkarlanıb. Onun ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Bu səbəbdən uelsli oyunçu A Seriyasının 7-ci turunda  “Latsio” ilə matçı buraxacaq.

Qeyd edək ki, Remzi bu mövsüm 6 oyuna çıxıb və 1 qolun ötürməsini verib.