"Yuventus"dan 1 xal
“Yuventus” A Seriyasında növbəti oyununu keçirib.
Sportline.az xəbər verir ki, Turin klubu səfərdə “Latsio” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesabı 15-ci dəqiqədə Kriştiano Ronaldo açıb. Bərabərlik qolunu isə 90+5-ci dəqiqədə Felipe Kaisedo vurub.
Qeyd edək ki, “Yuventus” turnir cədvəlində 13 xalla 3-cüdür. "Latsio" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.