"Yuventus"un futbolçusu "Mançester Siti"nin təklifini rədd edib
"Mançester Siti" "Yuventus"un qapıçısı Miçel De Qreqoryo üçün rəsmi təklif göndərib.
Sportline.az xəbər verir ki, bu haqda "Tutto Mercato Web" saytı məlumat yayıb.
Lakin Qreqoryo bu təklifi rədd edib. 27 yaşlı kiper "Yuventus"dan ayrılmaq niyyətində deyil.
Qeyd edək ki, italiyalı futbolçunun Turin klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.